Modern.az

“İranla bağlı masada bütün variantlar var” - Blinken

“İranla bağlı masada bütün variantlar var” - Blinken

Dünya

30 Yanvar 2023, 11:44

ABŞ dövlət katibi Entoni Blinken bəyan edib ki, Vaşinqton İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bütün variantları nəzərdən keçirir.
 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Blinkenin sözlərinə görə, İranla bağlı müxtəlif variantlar var.

“İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün masada bütün variantlar var”, - ABŞ dövlət katibi bəyan edib.

Bundan əvvəl İsrailin müdafiə naziri Benni Qantz bəyan etmişdi ki, İran nüvə silahı yaratmağa yaxınlaşır. Onun sözlərinə görə, Tehranın müvafiq istəyi İsrail kəşfiyyatının məlumatları ilə təsdiqlənir.
 

İsrailin müdafiə nazirinin qeyd etmişdi ki, İranın mümkün nüvə silahı əldə etməsi təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün ciddi nəticələrə səbəb olacaq.
 

Bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İrandakı uran ehtiyatlarının nüvə bombası üçün kifayət edə biləcəyini açıqlamışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər