Modern.az

İrəvan Yerusəlimdəki insidenti “ermənilərə hücum” kimi təqdim etdi

İrəvan Yerusəlimdəki insidenti “ermənilərə hücum” kimi təqdim etdi

Dünya

30 Yanvar 2023, 12:02

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Yerusəlimdəki insidentə münasibət bildirib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi Vahan Hunanyan sosial şəbəkədə yazıb.

 

XİN rəsmisi hadisəni İrəvanın interpretasiyasına uyğun olaraq "ermənilərə hücum" kimi şərh edib.

 

"Biz Yerusəlimdəki xristian dini məbədlərinə, o cümlədən erməni patriarxlığına və sakinlərinə yönəlmiş zorakı hücumdan vandalizm aktından dərindən narahat olduq", - deyə Ermənistan rəsmisi qeyd edib.

 

Xatırladaq ki, İsrailin Yerusəlim şəhərində ermənilər və yəhudilər arasında "Ağlama divarı" yaxınlığında insident baş verib. Ermənilərdən birinin İsrailin ermənilərə aid olduğunu deməsi yəhudilərin narazılığına səbəb olub. Ermənilər yəhudiləri təqib edib və bundan sonra əraziyə təhlükəsizlik əməkdaşları çağırılıb. Təxribat törədən ermənilərdən biri 20 sutkalıq ev dustaqlığına məhkum edilib.

Bu xəbər ilə bağlı
Ermənilər yəhudilərə qarşı təxribat törətdilər
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər