Modern.az

“Bakı və İrəvanın münasibətlərini müzakirə etdik” - Çavuşoğlu

“Bakı və İrəvanın münasibətlərini müzakirə etdik” - Çavuşoğlu

30 Yanvar 2023, 12:18

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu portuqaliyalı həmkarı Joao Qomes Kravinyo ilə görüşüb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Portuqaliya XİN başçısının Türkiyəyə səfəri çərçivəsində baş tutub.

 

Tərəflər daha sonra birgə mətbuat konfransı keçiriblər.

 

"Ölkəmizin Ermənistanla normallaşma prosesini, Bakı və İrəvanın münasibətlərini müzakirə etdik. Həmçinin İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesindən danışdıq", - deyə XİN başçısı bildirib.

 

Qeyd olunub ki, tərəflər Ukraynadakı vəziyyət barədə də fikir mübadiləsi aparıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular