Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstanda Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.
Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti fevralın 2-də Almatıya yola düşəcək.
Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası 2023-cü il fevralın 2-3-də Almatıda keçiriləcək.
Ənənəvi olaraq dar və geniş tərkibdə keçiriləcək Hökumətlərarası Şuranın iclasının gündəliyi ticarət-iqtisadi əməkdaşlıq, texniki tənzimləmə, Aİİ-yə inteqrasiya olunmuş informasiya sistemi və digər aktual məsələlərin geniş spektrini əhatə edir.