Modern.az

Məsciddə terror: 100 ölü, 200-dən çox yaralı - YENİLƏNİB

Məsciddə terror: 100 ölü, 200-dən çox yaralı - YENİLƏNİB

31 Yanvar 2023, 17:38

Pakistanın Pişəvər şəhərində məsciddə törədilmiş terror aktında ölənlərin sayı 100 nəfərə yüksəlib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölü sayının artacağı istisna edilmir.

 

***

 

Pakistanın Pişəvər şəhərində məsciddə törədilmiş terror aktında ölənlərin sayı 90 nəfərə yüksəlib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışda yaralananların sayının 200-ü keçdiyi bildirilir. Ölü sayının artacağı istisna edilmir.

 

***

Pakistanın Pişəvər şəhərində məsciddə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

 

***

Pakistanın Peşəvər şəhərində yerləşən məsciddə baş vermiş partlayış nəticəsində həlak olanların sayı 44-ə çatıb.

 

Modern.az xəbər verir ki, hadisə zamanı ən azı 157 nəfər yaralanıb. Həlak olanlar arasında polis əməkdaşları da var.

 

Hücuma görə məsuliyyəti “Tehreek-e-Taliban Pakistan” qruplaşması öz üzərinə götürüb.

 

Xatırladaq ki, terrorçu məsciddə çoxlu insanın günorta namazına toplaşdığı vaxt üzərindəki partlayıcını işə salıb.

 

***

Pakistanın Pişəvər şəhərində məsciddə törədilmiş terror aktında ölənlərin sayı 32 nəfərə yüksəlib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışda yaralananların sayının 147-yə çatdığı bildirilir.

 

***

 

Pakistanın Pişəvər şəhərində məsciddə törədilmiş terror aktında ölənlərin sayı 28 nəfərə yüksəlib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışda yaralananların sayının 150-yə çatdığı deyilir.

 

***

Pakistanın Pişəvər şəhərində məsciddə baş vermiş partlayış nəticəsində azı 17 nəfər həlak olub, 90 nəfər yaralanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölü sayının artacağı istisna edilmir.

 

Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, hücumçu məsciddə namaz zamanı ön sırada olub və daha sonra bombanı işə salıb.

 

Terrora görə məsuliyyəti heç kim üzərinə götürməyib.

 

***

Pakistanın Peşəvər əyalətində məsciddə terror hücumu baş verib.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, terrorçu-kamikadze məscidə gələrək özünü partladıb.

 

Hadisə nəticəsində azı 2 nəfər həyatını itirib, daha 70 nəfər isə yaralanıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır. Terror hücumuna görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər