Modern.az

Ukraynaya F-16-lar verməyə hazırıq - Polşa baş naziri

Ukraynaya F-16-lar verməyə hazırıq - Polşa baş naziri

Dünya

30 Yanvar 2023, 15:20

Polşa baş naziri Mateuş Moraveyski ölkəsinin Ukraynaya F-16 qırıcıları göndərməyə hazır olduğunu bəyan edib.

 

Modern.az "NEXTA"ya istinadən xəbər verir ki, o, F-16-ların tədarükünün NATO ilə koordinasiyalı şəkildə həyata keçirilə biləcəyini vurğulayıb.

 

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Moraveyskinin bu açıqlamasını yüksək qiymətləndirib. O, "Telelgram" kanalında paylaşım edərək F-16-ların Ukrayna üçün vacib olduğunu yazıb.

 

"F-16-ların əldə olunması ilə bağlı danışıqlar davam edir. Bu tədarükün vacibliyini başa düşürük və tərəfdaşlarımızın dəstəyinə ümidliyik", - deyə Yermak qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər