Modern.az

Rusiya İranın müdafiəsinə qalxdı: Dron hücumlarına REAKSİYA

Rusiya İranın müdafiəsinə qalxdı: Dron hücumlarına REAKSİYA

30 Yanvar 2023, 15:48

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova İranda baş vermiş dron hücumlarını şərh edib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Zaxarova bunu qınadıqlarını açıqlayıb.

 

"Bu cür dağıdıcı hərəkətlər Yaxın Şərqdə sülh və sabitlik üçün gözlənilməz nəticələrə səbəb ola bilər", - deyə XİN rəsmisi bildirib.

 

Qeyd edək ki, İranın İsfahan şəhərində yerləşən hərbi zavoda və digər regionlarında yerləşən müxtəlif hərbi obyektlərə PUA-larla zərbələr endirilib. İddialara görə, dron hücumları İsrail tərəfindən həyata keçirilib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat