Modern.az

Zelenski baş nazirlə yaralı əsgərlərə baş çəkdi - VİDEO

Zelenski baş nazirlə yaralı əsgərlərə baş çəkdi - VİDEO

30 Yanvar 2023, 16:24

Ukrayna prezidenti Volodimir Zelenski Danimarkanın baş naziri Mette Frederiksenlə görüşüb.

 

Modern.az xəbər verir ki, Zelenski bu barədə rəsmi "Telegram" kanalında yazıb.

 

Görüş Frederiksenin Ukraynaya səfəri çərçivəsində baş tutub.

 

"Danimarkanın baş naziri Mette Frederiksenlə birgə Mikolayivdəki hospitalda yaralanmış Ukrayna müdafiəçilərinə baş çəkdik. Bizim döyüşçülərimizin təkcə fiziki yox, eyni zamanda psixoloji reabilitasiyasının da getməsi olduqca vacibdir. Mən müdafiəçilərimizin sağlamlığının qayğısına qalan bütün tibb işçilərinə minnətdarlığımı bildirirəm. Yaralılara tezliklə şəfa tapmalarını arzulayıram", - deyə Zelenski qeyd edib.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?