Modern.az

Polşaya gedən ukraynalı qaçqınların sayı 9.5 milyonu ötdü

Polşaya gedən ukraynalı qaçqınların sayı 9.5 milyonu ötdü

Dünya

30 Yanvar 2023, 16:58

Müharibə başlayandan bəri Polşaya gedən ukraynalı qaçqınların sayı 9.5 milyonu ötüb.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa Sərhəd Xidmətinin tviter səhifəsində məlumat verilib.

 

Bildirilib ki, 1 sutkada Polşa sərhədini keçən Ukrayna vətəndaşlarının sayı 22 700 nəfər olub. Həmçinin Polşanı tərk edən ukraynalıların sayı da açıqlanıb.

 

Məlumata görə, 7.7 milyon Ukrayna qaçqını Polşadan digər ölkələrə gedib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?