Modern.az

Müdafiə naziri korrupsiya qalmaqalından DANIŞDI

Müdafiə naziri korrupsiya qalmaqalından DANIŞDI

Dünya

30 Yanvar 2023, 17:12

Ukraynanın müdafiə naziri Oleksi Reznikov ordudakı korrupsiya qalmaqalına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Reznikov bu barədə Kanadanın CBC kanalına müsahibəsi zamanı danışıb.

 

O, Ukrayna Silahlı Qüvvələri üçün guya şişirdilmiş qiymətə məhsulların alınması ilə bağlı imzalanan kontraktdan məlumatsız olduğunu deyib.

 

"Bu, qoşunların vəziyyətinə heç bir təsir göstərməyib", - deyə nazir əlavə edib.

 

Qeyd edək ki, bu yaxınlarda "ZN.UA" nəşri Ukrayna Müdafiə Nazirliyinin şəxsi heyət üçün ərzaq məhsulları alarkən, qiymətlərdə şişirtmələrə yol verməsi barədə araşdırma materialı dərc edib. Bundan sonra müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov vəzifəsindən istefa verib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər