ABŞ dövlət katibi Antoni Blinken İsrailin xarici işlər naziri Eli Kohenlə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə israilli nazir tviter səhifəsində məlumat paylaşıb.
Görüş Blinkenin Yaxın Şərq regionuna səfəri çərçivəsində İsrailə gəlməsi ilə baş tutub.
"İsrailə xoş gəldin", - deyə Kohen yazıb.
Qeyd edək ki, Blinken bundan əvvəl Misirə səfər etmiş və ölkə prezidenti Əbdəlfəttah əs-Sisi ilə görüş keçirmişdi. Onun Fələstinə də səfəri planlaşdırılır.