Modern.az

İrana kimin hücum etdiyini bilmirik - Avropa İttifaqı

İrana kimin hücum etdiyini bilmirik - Avropa İttifaqı

Dünya

30 Yanvar 2023, 17:20

Avropa İttifaqı (Aİ) İranın İsfahan şəhərindəki hərbi zavoda hücumda kimin əli olduğuna dair dəqiq məlumata malik deyil.


Modern.az xəbər verir ki, bunu Aİ Xarici İşlər Nazirliyinin sözçüsü Peter Stano deyib.


“Hücumun arxasında kimin dayandığını və dəqiq nə baş verdiyini bilmirik. Biz İrandan gələn xəbərləri izləyirik...”, – Stano vurğulayıb.


Onun sözlərinə görə, yeni eskalasiyanın qarşısını almaq üçün bütün tərəflər təmkinli olmalıdır.
 

Xatırladaq ki, yanvarın 28-i axşam saatlarında İranın İsfahan şəhərində güclü partlayış baş verib. İran Müdafiə Nazirliyi bunun pilotsuz təyyarələrin “uğursuz hücumu” olduğunu bildirib. İran mediası ən azı beş əyalətdə partlayışlar barədə yazıb. “Əl Ərəbiyyə” telekanalı isə İsrailin İrana qarşı hərbi əməliyyatı barədə məlumat yayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər