Modern.az

Türkiyə və Pakistan birgə hərbi təlimlərə BAŞLAYIB

Türkiyə və Pakistan birgə hərbi təlimlərə BAŞLAYIB

30 Yanvar 2023, 23:55

Türkiyə və Pakistan ordusu "Atatürk-2023" adlı birgə hərbi təlimlər keçirir.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" informasiya agentliyi məlumat yayıb.

 

Təlimlər yanvarın 30-da Pakistanın Xeybər Paxtunxva vilayətində başlayıb. Tərbəla bölgəsində keçirilən təlimlər iki həftə davam edəcək.

 

Hərbi təlimlərin məqsədi terrorizmlə mübarizədə birgə addımların işlənib hazırlanmasıdır.

 

Qeyd edək ki, 1998-ci ildən bu yana təlimlər növbə ilə Türkiyə və Pakistanda keçirilir. Türkiyədə keçirilən zaman təlimlər "Cinnah", Pakistanda isə "Atatürk" adlanır.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?