Modern.az

Ukrayna Baş Qərargahı cəbhədəki son vəziyyəti AÇIQLADI

Ukrayna Baş Qərargahı cəbhədəki son vəziyyəti AÇIQLADI

Dünya

31 Yanvar 2023, 09:30

"Düşmən Baxmut və Liman istiqamətlərində hücuma cəhd edir".

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, Uqledar, Baxmut və digər 12 yaşayış məntəqəsi istiqamətində Rusiya qüvvələrinin hücumları dəf edilib. 

 

Məlumatda qeyd olunub ki, Rusiya ordusunun şəxsi heyəti arasında mənəvi-psixoloji vəziyyət bərbaddır.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər