Modern.az

Türkiyədə böyük əməliyyat - 241 nəfər saxlanıldı

Türkiyədə böyük əməliyyat - 241 nəfər saxlanıldı

31 Yanvar 2023, 10:08

Türkiyədə narkotiklərlə mübarizə tədbirləri çərçivəsində "Kökünü Qurutma Əməliyyatı"nın növbəti mərhələsi həyata keçirilib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

 

Onun sözlərinə görə, əməliyyat ölkənin 4 vilayətində gerçəkləşdirilib.

 

"Antalyada 181, Orduda 25, İspartada 18, Erzincanda 17 nəfər olmaqla, ümumilikdə 241 şübhəli şəxs saxlanılıb", - deyə nazir söyləyib.

 

Soylu bundan sonra da oxşar əməliyyatların keçiriləcəyi anonsunu verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər