Modern.az

ABŞ və Cənubi Koreya müdafiə nazirləri razılığa gəldi

ABŞ və Cənubi Koreya müdafiə nazirləri razılığa gəldi

31 Yanvar 2023, 11:32

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Cənubi Koreyada həmkarı Li Conq-Sapla görüşüb.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Pentaqon rəhbəri koreyalı nazirlə danışıqlar aparıb.

 

Tərəflər bu ildən birgə hərbi təlimlərin sayının artırılması və miqyasının genişləndirilməsi ilə bağlı razılığa gəliblər.

 

Ostin ABŞ-ın KXDR-i cilovlamaq üçün öhdəliklərinə sadiqliyini ifadə edib və bunun nüvə imkanlarına aid olduğunu da diqqətə çatdırıb.

 

Qeyd edək ki, ABŞ müdafiə naziri dünəndən Cənubi Koreyada səfərdədir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər