Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) "Cümhur İttifaqı"ndakı müttəfiqi Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı seçkilərlə bağlı diqqətçəkən açıqlamalar verib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, o, partiyasının parlamentdəki fraksiya toplantısında çıxışı zamanı bu məsələyə toxunub.
"Millət bizim tərəfimizdədir, tarix bizim tərəfimizdədir. Analar, dədələr, nənələr, bığ yeri tərləməyənlər bizi dəstəkləyir. Qaranlıq ssenariləri burnunuzdan fitil-fitil gətirəcəyik. Pislikləri unutsaq, qanımız qurusun. Açıq hesab 14 mayda görünəcək. Sıra türk millətinə gələcək. Ərdoğanın namizədliyi bal kimi, buz kimi qanunlara uyğundur. Konstitusiondur, əxlaqidir", - deyə Bağçalı bəyan edib.
Qeyd edək ki, rəsmi şəkildə elan olunmasa da, Türkiyədə seçkilərin vaxtından tez - 14 mayda keçirilməsi gözlənilir.