Modern.az

Qərb BMT qətnamələrinə tüpürür - Lavrov

Qərb BMT qətnamələrinə tüpürür - Lavrov

31 Yanvar 2023, 16:08

"Rusiya Federasiyasının silahlı qüvvələri bütün tədbirləri görür ki, Qərbin Ukraynadakı planları baş tutmasın".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov misirli həmkarı Sami Şükrü ilə birgə mətbuat konfransında deyib.

 

"Rusiya Ukraynanı ölkənin təhlükəsizliyi üçün daha böyük təhlükəyə çevirmək cəhdlərinin qarşısını almaq üçün lazımi tədbirlər görür. Qərb BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tüpürməyə və hərbi güc tətbiqinə keçməyə üstünlük verir. NATO uzun müddətdir ki, Rusiyaya qarşı hibrid müharibədə birbaşa iştirak edir", - deyə XİN başçısı bildirib.

 

"Biz İranın Türkiyə ilə Suriya arasında nizamlanma üzrə yeni təmaslarda iştirakını məntiqli hesab edirik. Suriya ilə Türkiyə arasında nizamlanma üçün yeni təmasların səviyyəsi və formatı hazırlanır, addım-addım irəliləməliyik. Rusiya İran ətrafında yaranmış gərginlikdən narahatdır", - deyə nazir əlavə edib.

 

Bundan əlavə, Rusiya və Misir Fələstin-İsrail danışıqlarının yenidən başlamasının zəruriliyinə çağırıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər