Modern.az

Ukrayna ilə Macarıstan arasında qalmaqal - Kiyev etiraz etdi

Ukrayna ilə Macarıstan arasında qalmaqal - Kiyev etiraz etdi

31 Yanvar 2023, 22:41

Macarıstanın baş naziri Viktor Orbanın bəyanatlarından sonra bu ölkənin Kiyevdəki səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

“Macarıstanın Ukraynadakı səfiri İştvan İjarto Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb və ona Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya qarşı son təhqiredici bəyanatları ilə əlaqədar kəskin etiraz bildirilib”, - deyə məlumatda vurğulanıb.

 

Diplomata Ukrayna əleyhinə ritorikanın qətiyyən yolverilməz olduğu və Ukrayna-Macarıstan münasibətlərinə ciddi ziyan vurduğu xatırladılıb.

 

Qeyd edək ki, Orban Kiyevin qələbəsinə inanmadığını və Ukraynanın tədricən idarəolunmaz xarabalığa çevrildiyinə inandığını söyləyib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər