BMT tərəflərin Ukraynada hərbi əməliyyatların dayandırılması üçün mümkün olan hər şeyi etməsini zəruri hesab edir.
Modern.az xəbər verir ki, bunu BMT rəhbərinin mətbuat katibinin müavini Fərhan Haq Qərb ölkələrindən Kiyevə döyüş təyyarələri və hərbi texnikaların tədarükü ilə bağlı sualı cavablandırarkən deyib.
"Bizim konkret texnologiyalarla bağlı mövqeyimiz yoxdur. Narahatlığımız ondan ibarətdir ki, qarşıdurma davam edir. Biz bunun dayandırılmasını arzulayırıq. İstəyirik ki, tərəflər hərbi əməliyyatları dayandırmaq üçün mümkün olan hər şeyi etsinlər", - deyə BMT rəsmisi bildirib.