Modern.az

Bu şəhərdə 270 ildən sonra ilk məscid tikilir

Bu şəhərdə 270 ildən sonra ilk məscid tikilir

31 Yanvar 2023, 23:56

Monteneqronun paytaxtı Podqoritsada 270 ildən sonra ilk dəfə məscid tikilir.

 

Modern.az xəbər verir ki, sonuncu məscidin XVIII əsrdə tikildiyi şəhərdə Osmanlı dövrü abidələrindən olan Bəylər məscidi Monteneqro İslam Birliyi tərəfindən yenidən inşa edilir.

 

Sonradan “Hadroviç məscidi” kimi tanınan tarixi bina XX əsrin ortalarında sökülmüşdü.

 

Podqoritsanın Draç rayonunda tikintisinə başlanılan məscid 270 ildən sonra Monteneqro paytaxtında inşa edilən ilk islami tikili olacaq. Məscidin inşası üçün 130 min avro ianə toplanıb, layihənin dəyəri təxminən 620 min avro qiymətləndirilir.

 

Tikinti işlərinin gələn ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər