Modern.az

Fransada 3 milyon insan hökumətə qarşı etiraza qalxdı

Fransada 3 milyon insan hökumətə qarşı etiraza qalxdı

Dünya

1 Fevral 2023, 00:00

Fransada pensiya islahatlarına qarşı etirazlar davam edir.

 

Modern.az xəbər verir ki, bu gün Parisdə keçirilən etiraz aksiyasında təxminən 87 min nəfər iştirak edib.

 

Aksiyalar Parislə yanaşı, Lion, Renn, Ruen, Marsel, Nant və Monpelye kimi şəhərlərdə də təşkil olunub. Etirazlarda ümumilikdə 2,8 milyon nəfərin iştirak etdiyi bildirilir.

 

Parisdə aksiya zamanı 30-dan çox etirazçı saxlanılıb. Nümayişçilərlə polis əməkdaşları arasında toqquşma olub.

 

Məlumata görə, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına fişəng və butulkalar atıb, zibil qutularını yandırıblar. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

 

Aksiyaların davam etdiriləcəyi barədə xəbərdarlıq edilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər