Türkiyədə "Altılı Masa"nın ortağı olan müxalif Demokrat Partiyasının sədri Gültekin Uysal qatı sağçı Zəfər Partiyasının sədri Ümit Özdağı təhqir edib.
Modern.az xəbər verir ki, Uysal bu barədə tviter səhifəsində paylaşım edib. Daha sonra isə tviti silib.
"Ümit Özdağ deyilən şərəf yoxsulu, uşaqlığında təcavüzə uğramış uşaq psixologiyanla bir ömür boyu alnından, ağlından və ruhundan istəsən də silə bilməyəcəyin "bir çevrilişçinin uşağı olmaq" travması ilə zaman-zaman Demokrat Partiyasına və şəxsimə iftiralar atırsan. İndi sənə anladığın dildə cavab verirəm. Şərəfli insanlar iftira atmaz. İftiranı sənə yedirdəcəyəm", - deyə partiya lideri yazıb.
Daha sonra Özdağ silinmiş tvitin skrinini paylaşaraq belə başlıq qoyub: "Demokrat Partiyasının sədri Gültekin Uysalın yazıb sildiyi tvit. Səviyyə təsbiti baxımından burada qalsın. Ya yazmayacaqsan, ya silməyəcəksən".
Uysalın tvitində seçdiyi üslub böyük etirazlar doğurub. Sosial şəbəkələrin Türkiyə seqmentində Uysalın Özdağa daha adekvat formada cavab verməli olduğu ifadə edilir.
Qeyd edək ki, bundan əvvəl Özdağ Demokrat Partiyasının sədrini sərt şəkildə tənqid etmiş və onun ünvanına ağır ittihamlar səsləndirmişdi. O, həmkarını Saidi Nursinin müridi adlandırmışdı.
Demokrat Parti Genel Başkanı Gültekin Uysal’ın yazıp sildiği twit. Seviye tespiti açısından burada kalsın: ya yazmayacaksın ya silmeyeceksin: pic.twitter.com/Idjc8W9bhx
— Ümit Özdağ (@umitozdag) January 31, 2023