Türkiyədə ağır yol qəzası olub. Tokat-Sivas yolunun Kızıliniş hissəsində idarəetmədən çıxan minik avtobusu aşıb.
Modern.az xəbər verir ki, hadisə yerinə jandarm, xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub.
İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralanan sərnişinlər bölgədəki xəstəxanalara çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.