Modern.az

Saakaşvili bəyan etdi: Gürcüstanda siyasətlə məşğul olmayacaq

Saakaşvili bəyan etdi: Gürcüstanda siyasətlə məşğul olmayacaq

Dünya

1 Fevral 2023, 11:02

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili müxalif “Vahid Milli Hərəkat” partiyasının yeni rəhbəri Levan Xabeişviliyə ünvanladığı məktubda Gürcüstanda siyasətlə məşğul olmaq niyyətində olmadığını yazıb.

Modern.az-ın məlumatına görə, Saakaşvili bildirib ki, o, Xabeişvilini “ən yaxın adam” və böyük potensiala malik siyasətçi hesab edir.
 

Eks-prezidentin Xabeişviliyə məktubunda deyilir: “Gürcüstanda heç bir siyasi fəaliyyətlə məşğul olmaq fikrində deyiləm, lakin sizi Ukraynadan və başqa yerlərdən həmişə dəstəkləyəcəm”.
 

Yanvarın 28-də və 29-da keçirilən seçkilərin nəticələrinə görə, Levan Xabeişvili “Vahid Milli Hərəkat” partiyasının yeni sədri seçilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər