Modern.az

Ərdoğandan CHP liderinə: Bay-bay, Kamal

Ərdoğandan CHP liderinə: Bay-bay, Kamal

1 Fevral 2023, 13:46

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilər ərəfəsində yenidən müxalifəti tənqid edib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, o, partiyasının parlament fraksiyasının toplantısında bu barədə danışıb.

 

"6 partiyanın ortaq siyasət mətni bu partiyalara ümid bağlayanlar üçün çox kədərləndirici oldu. Bütün kəsimlərə salam, PKK və FETÖ-yə mesaj verirlər. Təkcə əziz millətimizə salam verməyiblər. Yunanıstana da salam verirlər. Türkiyədə müxalifətin məqsədi iqtidar olmaq deyil, müxalifətdən düşməməkdir. Bay Kamala yeni şüarlarını verim: Bay-bay, Kamal", - deyə Ərdoğan söyləyib.

 

Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkilərinin bu ilin iyun ayında deyil, mayında keçirilməsi planlaşdırılır. Prezident Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda çıxışı zamanı seçkilərin 5 ay sonra, yəni mayda keçiriləcəyini bəyan edib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər