Modern.az

Ərdoğandan İsveçə xəbərdarlıq – “Hə” deməyəcəyik

Ərdoğandan İsveçə xəbərdarlıq – “Hə” deməyəcəyik

1 Fevral 2023, 14:16

“İsveç, boş yerə çabalama. Mənim müqəddəs kitabımın yandırılmasına icazə verdiyin müddətcə, biz sizin NATO-ya üzv olmağınıza “hə” deməyəcəyik”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Türkiyə Prezidenti bildirib ki, NATO-nun genişləndirilməsi ilə bağlı prosesləri yaxından izləyir.

 

“Finlandiyanın NATO-ya üzvlüyü məsələsində mövqeyimiz müsbətdir, amma İsveç məsələsində mövqeyimiz qətidir. Bunu da belə bilin”, - deyə Ərdoğan qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?