Modern.az

İran zərbələrə görə bu ölkəni ittiham etdi - Tehrandan ilk rəsmi reaksiya

İran zərbələrə görə bu ölkəni ittiham etdi - Tehrandan ilk rəsmi reaksiya

2 Fevral 2023, 11:22

İranın İsfahan şəhərindəki hərbi zavoda dron zərbələri endirilməsi ilə bağlı rəsmi Tehrandan hadisəni kimin törətməsi barədə ilk dəfə açıqlama verilib.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İranın Birləşmiş MillətlərTəşkilatındakı daimi nümayəndəsi danışıb.

 

O, zərbələrə görə İsraili ittiham edib. Daimi nümayəndənin iddiasına görə, hərbi zavoda dron hücumlarını İsrail təşkil edib.

 

"İsfahanda İran Müdafiə Nazirliyinin zavoduna edilən hücuma görə məsuliyyət İsrailin üzərinə düşür", - deyə İran rəsmisi bildirib.

 

Qeyd edək ki, bir neçə gün öncə İranın İsfahan şəhərində yerləşən hərbi zavoda, o cümlədən digər regionlarda yerləşən bir sıra hərbi obyektlərə PUA-lar vasitəsilə zərbələr endirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər