Modern.az

Konsulluqların bağlanması psixoloji savaşdır - Soyludan cavab

Konsulluqların bağlanması psixoloji savaşdır - Soyludan cavab

2 Fevral 2023, 11:55

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Niderland, Almaniya və Böyük Britaniyanın İstanbuldakı konsulluqlarını bağlamasını şərh edib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, nazir bunu psixoloji savaş adlandırıb.

 

"60 milyon turist gözlədiyimiz vaxtda, 2023 başlayandan bəri İŞİD-ə qarşı 60 əməliyyat keçirilib 95 nəfər saxlanılan zamanda bu psixoloji hərbdir", - deyə DİN başçısı bildirib.

 

Qeyd edək ki, adları çəkilən Avropa ölkələri bu addımı atarkən səbəbi terror təhlükəsi ilə izah edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər