Modern.az

Gürcüstan və Ermənistan ANLAŞDI

Gürcüstan və Ermənistan ANLAŞDI

2 Fevral 2023, 14:28

Gürcüstan və Ermənistan arasında maliyyə sahəsində memorandum imzalanıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, memoranduma Ermənistanın paytaxtı İrəvan şəhərində imza atılıb.

 

Belə ki, maliyyə-iqtisadi sferadakı cinayətlərin araşdırılması sahəsində ikitərəfli əməkdaşlıq haqqında imzalanan sənəddə cinayətlərə qarşı birgə mübarizə ilə bağlı müddəalar əks olunub.

 

Qeyd olunub ki, memorandumu Gürcüstan tərəfdən Maliyyə Nazirliyinin İstintaq Xidməti, Ermənistan tərəfdən isə Dövlət Gəlirləri Komitəsi imzalayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər