Modern.az

Norveç səfiri Türkiyə XİN-ə çağırıldı - Quran yandırılmasın!

Norveç səfiri Türkiyə XİN-ə çağırıldı - Quran yandırılmasın!

2 Fevral 2023, 15:18

Norveçin Ankaradakı səfiri Erlinq Skyonberq Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, buna səbəb 3 fevralda Quranın yandırılacağı növbəti aksiyanın Norveçdə keçiriləcəyi barədə anonsun verilməsi olub.

 

Səfirə Türkiyə tərəfinin etirazı çatdırılıb, bu cür addımların qarşısının alınmalı olduğu və yolverilməzliyi ifadə edilib.

 

Qeyd edək ki, bundan əvvəl oxşar aksiya İsveçin paytaxtı Stokholm şəhərindəki Türkiyə səfirliyi yaxınlığında keçirilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər