Modern.az

Rusiya sanksiyalara uyğunlaşır - Zelenski Avropaya səsləndi

Rusiya sanksiyalara uyğunlaşır - Zelenski Avropaya səsləndi

Dünya

2 Fevral 2023, 16:36

"Avropa İttifaqı Rusiyaya qarşı sanksiya təzyiqini artırmalıdır, çünki təcavüzkar dövlət məhdudiyyətlərə uyğunlaşır".

 

Modern.az "RBC-Ukraine" agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə birgə brifinqdə deyib.

 

Zelenski Leyen ilə Rusiyaya qarşı yeni sanksiyaları, xüsusən də 10-cu Aİ sanksiyalar paketini müzakirə edib.

 

"Avropanın ümumi vəzifəsi Rusiyanın sanksiyalardan yayınma qabiliyyətini azaltmaqdır və bu vəzifə nə qədər tez və yaxşı həyata keçirilərsə, biz Rusiya Federasiyasının təcavüzünə qalib gəlməyə bir o qədər yaxın olarıq. İndi biz görürük ki, Avropada sanksiyaların sürəti artaraq sonra bir qədər yavaşladı, terror dövləti isə əksinə, sanksiyalara uyğunlaşma tempini artırır", - Ukrayna prezidenti bildirib.

 

Zelenski vəziyyəti düzəltməyin vacibliyini diqqətə çatdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər