Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Rusiyanın Ukrayna ərazilərinə hücum etdiyinə görə cəzasını çəkdiyini deyib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Leyen bu barədə Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi brifinqdə danışıb.
Rusiyanın Avropa banklarındakı aktivlərinin dondurulduğunu xatırladan xanım siyasətçi bu vəsaitlərin Ukraynaya xərclənəcəyini bildirib.
Sanksiyaların Rusiya iqtisadiyyatına təsirlərinə də toxunan Leyen sutkalıq olaraq bu ölkənin 160 milyon avro həcmində vəsaiti itirdiyini qeyd edib. O, Rusiyaya qarşı yeni sanksiyaların da anonsunu verib.