Modern.az

ABŞ və Ukrayna arasında danışıqlar: “Qarşı tərəfi əmin etdik ki…”

ABŞ və Ukrayna arasında danışıqlar: “Qarşı tərəfi əmin etdik ki…”

2 Fevral 2023, 17:32

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley ilə telefon danışığı aparıblar.

 

Modern.az xəbər verir ki, Yermak bu barədə "Telegram" kanalında yazıb.

 

"Biz həmsöhbətləri cəbhədəki hazırkı vəziyyət, xüsusən də Donetsk və cənub istiqamətləri barədə məlumatlandırdıq. Bundan əlavə, düşmənin yaxın gələcəkdə mümkün hərəkətləri ilə bağlı fikir mübadiləsi aparıldı. Ukraynaya güclü dəstək və müdafiə qabiliyyətimizi gücləndirməyə yardım üçün ABŞ tərəfinə təşəkkür çatdırıldı. Qarşı tərəfi əmin etdik ki, prezident Volodimir Zelenski və bütün güc rəhbərlərin komandası hökumət orqanlarının korrupsiya risklərindən təmizlənməsinə hərtərəfli töhfə vermək əzmindədir", - deyə Yermak bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər