Avropa İttifaqının xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel Ukraynanın baş naziri Denis Şmıqalla görüşüb.
Modern.az xəbər verir ki, Borrel bu barədə tviter səhifəsində yazıb.
Görüş Borrelin Ukraynaya səfəri çərçivəsində baş tutub.
"Rusiya müharibəni Avropaya geri qaytardı. Ukrayna isə onu uzaqlaşdırmaq üçün mübarizə aparır. Baş nazir Şmıqala xəbər verməkdən şadam ki, Aİ hərbi yardım missiyası 15 000 Ukrayna əsgərinə təlim keçərək ümumi sayı 30 000 nəfərə çatdıracaq. Həmçinin onu da çatdırmaqdan məmnunam ki, Aİ təhlükə altındakı regionların minadan təmizlənməsi üçün 25 milyon avro vəsait ayıracaq. Dinc sakinləri və onların güzəranını təmin edən mənbələri qorumaq prioritetdir", - deyə o qeyd edib.