Ukrayna müdafiə nazirinin sabiq müavini Vyaçeslav Şapovalov həbs olunub.
Modern.az xəbər verir ki, bu barədə "Unian" agentliyi məlumat yayıb.
Bildirilib ki, Kiyevin Peçerski Rayon Məhkəməsi 402 milyon 600 min qrivna girov müqabilində Şapovalovun 2 ay müddətinə həbsinə qərar verib.
İstintaq materiallarına görə, Şapovalov hərbçilər üçün şişirdilmiş qiymətlərlə məhsulların tədarükünə dair müqavilələr bağlayıb, həmçinin Ukrayna Silahlı Qüvvələri üçün keyfiyyətsiz gülləkeçirməz jiletlər və digər sursatlar alaraq büdcəyə ziyan vurub. O, yanvarın əvvəlində vəzifəsindən istefa verib.