Modern.az

Paşinyan Mişustinlə Laçın yolunu müzakirə etdi 

Paşinyan Mişustinlə Laçın yolunu müzakirə etdi 

2 Fevral 2023, 20:13

Rusiya və Ermənistan baş nazirləri Mixail Mişustin və Nikol Paşinyan arasında Almatıda görüş keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Mişustin görüşdə bildirib ki, Rusiya Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasının tərəfdarıdır: "Biz Rusiya, Ermənistan və Azərbaycan liderlərinin əldə etdiyi razılaşmaların həyata keçirilməsini təmin etməyi vacib hesab edirik”.

 

 Paşinyan isə Rusiyanı Ermənistan üçün təhlükəsizlik sahəsində “əsas tərəfdaş” adlandırıb.

 

Görüş zamanı Laçın yolundakı vəziyyətə də toxunulub.

 

Akif İsmayılov 

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər