Modern.az

Çavuşoğlu çinli həmkarı ilə danışıqlar apardı 

Çavuşoğlu çinli həmkarı ilə danışıqlar apardı 

Dünya

2 Fevral 2023, 21:54

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çinli həmkarı Çina Qanq ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Telefon danışığı zamanı ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq, iki ölkə arasında çoxtərəfli platformalarda əlaqələr müzakirə edilib.

 

Çavuşoğlu həmkarına Türkiyənin Sincan Uyğur muxtar bölgəsindəki uyğur türkləri ilə bağlı gözləntilərini və həssaslıqlarını çatdırıb.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər