İsrail Ukraynaya silah tədarükü ilə bağlı siyasətinə yenidən baxacaq.
Modern.az xəbər verir ki, bu barədə İsrailin "Walla" agentliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin Baş naziri Benyamin Netanyahu bununla bağlı müvafiq göstəriş verib.
Qeyd edək ki, İsrail Ukraynada müharibənin başlanmasından bu yana tərəfsiz siyasət yürüdür. Rusiyanın Ukrayna ərazilərini işğal etməsini pisləsə də, Rusiyaya qarşı sanksiyalara qoşulmayıb və Ukraynaya yalnız humanitar yardım göndərib.
Akif İsmayılov