Modern.az

Ukrayna və Aİ arasında saziş imzalandı 

Ukrayna və Aİ arasında saziş imzalandı 

Dünya

2 Fevral 2023, 22:28

Ukraynanın Avropa İttifaqının (Aİ) Vahid Bazar proqramında iştirakı ilə bağlı saziş imzalanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.

 

Saziş Ukrayna hökuməti ilə Avropa Komissiyasının Kiyevdə keçirilən görüş zamanı imzalanıb.

 

"Vahid Bazar proqramının büdcəsi 4,2 milyard avro təşkil edir və onun əsas komponentlərindən biri biznesin rəqabət qabiliyyətinin inkişafıdır. Bu layihədə iştirakımız iqtisadiyyatımızın əsasını təşkil edən ukraynalı sahibkarlara əlavə dəstəyə töhfə verəcək”, - Şmiqal qeyd edib.

 

Vahid Bazar 2021-2027-ci illər üçün təsdiq edilib. Proqramın məqsədi Aİ ölkələrinin bazarlarına çıxışı sadələşdirmək və biznesi dəstəkləməkdir. 

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?