Modern.az

Blinken Çin lideri ilə görüşəcək - Tarixi səfər

Blinken Çin lideri ilə görüşəcək - Tarixi səfər

Dünya

2 Fevral 2023, 22:54

ABŞ dövlət katibi Entoni Blinken gələn həftə Pekinə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

 

Blinkenin Çinə səfəri fevralın 5-i başlayacaq. O, səfər zamanı Çin lideri Si Cinpinlə görüşəcək.

 

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden və Çin lideri Si Cinpin ötən ilin noyabrında Balidə görüşü zamanı ölkələr arasında münasibətləri sabitləşdirmək yollarının tapılması barədə razılığa gəliblər. Görüş zamanı Blinkenin Çinə səfəri də qərarlaşdırılıb.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər