Modern.az

Türkiyənin ilk hərbi təyyarəsi sınaqlara başladı

Türkiyənin ilk hərbi təyyarəsi sınaqlara başladı

3 Fevral 2023, 00:18

Türkiyənin yerli istehsal olan "Hürjet" adlı ilk hərbi təyyarəsinin mühərriki işə salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat verib.

 

Pilotların təlim keçməsi və yüngül hücum üçün nəzərdə tutulan təyyarənin yerdə sınaqlarının başladığı qeyd olunur.

 

ABŞ istehsalı mühərriklə sınaqlara başlayan təyyarənin ilk prototipi bu ilin mart və ya aprel ayında uçuşlara başlayacaq.

 

Təyyarənin 2025-ci ildən başlayaraq istifadə edilməsi planlaşdırılır.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər