Modern.az

Ərdoğan Kosova Baş nazirini görüşə çağırdı

Ərdoğan Kosova Baş nazirini görüşə çağırdı

Dünya

3 Fevral 2023, 00:54

Kosovo Baş nazir Albin Kurti fevralın 3-də Türkiyəyə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

 

İstanbulda keçiriləcək görüşlərdə Türkiyə ilə Kosovo arasında ikitərəfli münasibətlər müxtəlif aspektlərdə nəzərdən keçiriləcək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

 

Balkan yarımadasındakı vəziyyət, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsinin aparılması da nəzərdə tutulub.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər