Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə qarşı olan hücumlarının cavabsız qalmayacağını bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, gecə yayımlanan videomüraciətində deyib.
Rusiya ordusunun Ukraynaya qarşı hücumlarını davam etdirdiyini söyləyən Zelenski beynəlxalq arenada Moskvaya qarşı məhdudiyyətlərin artırılmasının vacibliyini vurğulayıb.
Çıxışında Rusiya qüvvələrinin Ukraynanın Donbas bölgəsinə hücumları artırmağa çalışdığını qeyd edən Prezident işğalçının heç bir hücum hərəkətinin cavabsız qoyulmaycağını bildirib.