ABŞ-ın cənubunda baş vermiş buz fırtınası nəticəsində 10 nəfər həlak olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, güclü buz fırtınası nəticəsində dörd ştatda yarım milyondan çox evdə elektrik enerjisi kəsilib.
Buz və sulu qar ştatlara dörd günlük kəskin soyuq və şaxta gətirib. Ölkənin şimal ştatlarında havanın temperaturunun sıfırdan aşağı düşəcəyi gözlənilir.