Modern.az

Makronla Netanyahu arasında İran müzakirəsi

Makronla Netanyahu arasında İran müzakirəsi

Dünya

3 Fevral 2023, 08:40

İsrailin Baş naziri Benyamin Netanyahu və Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, iki ölkənin liderləri Parisdə bir araya gəliblər.

 

Netanyahu görüşdən əvvəl mətbuata verdiyi açıqlamada İranın təhdidləri və ərəb ölkələri ilə İsrail arasında əlaqələrin normallaşdırılması üçün imzalanan “İbrahim razılaşmaları”nın genişləndirilməsini müzakirə edəcəklərini bildirib.

 

Bundan əlavə, İsraillə Fələstin arasındakı son vəziyyət barədə fikir mübadiləsi aparılıb. Görüşün əsas müzakirə mövzusunun İranla bağlı olduğu bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?