Modern.az

Ukrayna Rusiyaya zəmanət verdi: Hücum etməyəcəyik

Ukrayna Rusiyaya zəmanət verdi: Hücum etməyəcəyik

3 Fevral 2023, 08:50

Ukrayna Rusiya ərazisinə uzaqmənzilli raketlərlə hücum etməyəcəyinə zəmanət verməyə hazırdır.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib.

 

Onun sözlərinə görə, Ukraynanın müttəfiqləri Kiyevə uzaqmənzilli raketlər çatdırsalar, həmin silahlarla Rusiya ərazisinə hücum edilməyəcək. 

 

Reznikov qeyd edib ki, hazırda Ukraynanın uzaqmənzilli raketlərə ehtiyacı var. 

 

“Ümid edirik ki, bu il əks-hücuma başlamaq və müharibəni Ukrayna, eləcə də bütün azad dünyanın qələbəsi ilə bitirmək üçün fürsət olacaq”, - deyə müdafiə naziri söyləyib.

 

Qeyd edək ki, Ukrayna rəsmiləri dəfələrlə Qərb müttəfiqlərinə müraciət edərək, bu ölkəyə uzaqmənzilli raketlər verilməsini istəyib

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?