Modern.az

Azərbaycanlı İstanbulda ağır qəzaya düşdü - FOTOLAR+VİDEO

Azərbaycanlı İstanbulda ağır qəzaya düşdü - FOTOLAR+VİDEO

3 Fevral 2023, 09:24

Türkiyənin İstanbul şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Bahçelievler rayonunda olub.

 

Belə ki, avtobus səkiyə çıxaraq əvvəlcə dayanacaqda gözləyən insanları əzib, sonra mikroavtobusa çırpılıb. Hadisə nəticəsində 5 nəfər yaralanıb, 1 nəfər isə həyatını itirib.

 

Bildirilib ki, qəza nəticəsində həlak olan şəxs fiziki məhdudiyyətli bir Türkiyə vətəndaşı olub. Azərbaycan vətəndaşı Əhməd Rzayev isə yaralanıb və vəziyyəti ağırdır. Həmçinin 1 Əlcəzair vətəndaşı və 3 Türkiyə vətəndaşı da qəzada yaralanıb.

 

Hadisə ilə əlaqədar avtobus sürücüsü saxlanılıb.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər