ABŞ prezidenti Co Bayden növbəti dəfə nitq söyləyərkən yanlışlığa yol verib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, ailə və tibbi icazə qanunun (FMLA) qəbul olunmasının 30-cu ildönümündə çıxış edib.
Bayden hökumətdə gender bərabərliyinin təmin olunduğunu və idarəçilikdə qadın iştirakçılığının təmin olunduğunu vurğulamaq istəyib.
"Kabinədəki qadınların yarısından çoxu, bəli, yarıdan çoxu qadındır", - deyə o bildirib.
Qeyd edək ki, ABŞ mətbuatı 80 yaşlı liderin tez-tez belə "xırda səhv"lərini bağışlamayaraq gündəmə çevirir.