Türkiyə, Rusiya və Suriyanın Müdafiə Nazirliyi və kəşfiyyat orqanları nümayəndələri arasında yeni görüş olacaq.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O, görüşün bu ay keçiriləcəyini açıqlayıb. Akar tarix və məkan barədə məlumat verməyib.
Qeyd edək ki, bu ay, həmçinin 3 ölkənin XİN başçıları arasında da görüşün baş tutması gözlənilir.